Gürcüstanla yaşayan azərbaycanlı rəssam UNESCO Ümumdünya Rəssamlar İttifaqına üzv olub

Gürcüstanla yaşayan azərbaycanlı rəssam UNESCO Ümumdünya Rəssamlar İttifaqına üzv olub

Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayıl bu günlərdə UNESCO Ümumdünya Rəssamlar İttifaqına üzv olub. "OLAYLAR" Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Rizvan İsmayıl Gürcüstan Rəssamlar İttifaqının üzüvüdür, Tiflis, İstanbul, Brüssel, Lüksemburq, Bakı, Paris (Karusel dyu luvr) və Moskvada fərdi, eləcə də qrup sərgilərində iştirak edib. Onun əsərləri fərdi kolleksiyaları və qalereyaları bəzəyir.

Türk dünyasının "Xalqlar Dostluğu" ordeni ilə təltif edilib. Rizvan İsmayıl şeirlər və "Gürcüstanda İslam abidələri" tarixinə aid maraqlı bir kitabın da müəllifidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31