Yunus Oğuza "Turan birliyi" medalı verildi
12 Avqust 2020 10:50 SosialYazıçı-publisist Yunus Oğuza "Turan birliyi" medalı verilib.
Bu münasibətlə yazıçıya göndərilən məktubda deyilir:"Qırğızıstan Respublikasının "Yanqi Ovoz" Mərkəzi Asiya Yazıçılar və Tarixçilər Birliyinin İdarə Heyəti və Azərbaycan müşaviri İlqar Türkoğlu Sizi təntənəli şəkildə, səmimi qəlbdən "Turan birliyi" medalını almanız münasibətilə təbrik edir. "Yanqi Ovoz" Mərkəzi Asiya Yazıçılar və Tarixçilər Birliyinin sədri Tolkun Minqbayeviç Xaitov sizə böyük sərkərdə Əmir Teymur haqqında yazdığınız dəyərli və əvəzsiz kitablarınız üçün öz təşəkkürünü bildirir və gələcək fəaliyyətinizdə uğurlar arzu edir.
Böyük hörmətlə, "Yanqi Ovoz" Mərkəzi Asiya Yazıçılar və Tarixçilər Birliyi sədrinin müavini, Qırğız Respublikasının "Əmir-Teymur" Fondunun baş direktoru Monoldov Joldaşbek Akulbekoviç"