BNA sərnişinlərin tibbi maska taxmasına nəzarət etmək üçün 103 ictimai işçi cəlb edib

Sərnişin avtobuslarında vətəndaşların tibbi maskalardan istifadə etməsi üçün Bakı Nəqliyyat Agentliyi müəyyən maarifləndirici tədbirlər həyata keçirir. Bu barədə "OLAYLAR"-a açıqlama verən Agentliyin mətbuat katibi Mayis Ağayev deyib ki, bu məqsədlə BNA prosesə 103 nəfər ödənişli olaraq ictimai işçi cəlb edib: "Sürücülərlə sərnişinlər arasında mübahisə yaranmaması üçün 103 nəfər ödənişli ictimai  işçi də cəlb etmişik ki, dayanacaqlarda nəzarət eləsin. Təəssüflər olsun ki, onların tövsiyəsinə, maska taxın tələbinə bəzi sərnişinlər əsəbi reaksiya verirlər". Tibbi maska taxmayan sərnişinin avtobusa minməsinə qadağa qoyulmasına gəlimncə, BNA rəsmisi deyib ki, sürücü də sərnişinə yalnız tövsiyə verə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31