Əlavə təhsil və təcrübə fakültəsinə tələbə qəbulunun müddəti uzadılıb
11 Avqust 2020 12:49 SosialAzərbaycan Dillər Universiteti (ADU) 2020/2021-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidən hazırlanması təhsili üzrə tələbə qəbulu elan edir. Universitetdən Olaylar.az-a verilən məlumata görə, qəbul ali təhsil ocağında mövcud olan bütün ixtisaslar üzrə müsabiqə yolu ilə aparılır. Əlavə təhsil və təcrübə fakültəsinə tələbə qəbulunun müddəti avqustun 17-dək uzadılıb.
Qeyd edək ki, tələb olunan sənədlər aşağıdakılardı:
rektorun adına ərizə;
diplom (yaxud diploməvəzi arayış) və əlavəsinin (yaxud transkriptin) surəti;
şəxsiyyət vəsiqəsinin surəti;
3x4 sm ölçüdə 3 ədəd fotoşəkil;
sağlamlıq haqqında arayış;
əmək kitabçasının surəti.
Sənədlər 2020-ci il iyun ayının 1-dən avqust ayının 17-dək
(istirahət günlərindən başqa) saat 10:00-15:00-dək qəbul edilir.
Diqqət: Sənədləri təqdim etmək üçün (012) 564 22 48 nömrəsinə zəng edərək vaxt təyin edilməsi və gələrkən tibbi maskadan istifadə olunması vacibdir.