Tanınmış teleaparıcı nazirlikdə yüksək vəzifəyə təyin edildi
11 Avqust 2020 12:14 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Murad Həşimov təyin olunub.
Bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb.
Qeyd edək ki, Murad Həşimov daha əvvəl "Mədəniyyət" kanalında "Xəbərlər", "İnterAz" televiziyasında "Səhər xəbərləri" proqramlarının, "Araz" FM radiosunda "Səhər" buraxılışının aparıcısı işləyib. Son təyinata qədər isə ARB TV-də "Yaşamaq Gözəldir" və "Günə Doğru" proqramlarının aparıcısı idi.
Ötən il televiziya sahəsində fəaliyyətinə görə dövlət başçısı tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31