Daha bir metro stansiyasının vestibülü səhərlər ödəmə terminallarından istifadə üçün açıq olacaq
Daha bir metro stansiyasının vestibülü səhərlər ödəmə terminallarından istifadə üçün açıq olacaq
11 Avqust 2020 11:05 Sosial11.08.2020 tarixindən metronun "Gənclik" stansiyasının vestibülü səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açıq olacaq. "OLAYLAR"-a Bakı Nəqliyyat Agentliyindən daxil olan məlumata görə, sərnişinlər saat 06:30-dan saat 12:00-dək "Gənclik" stansiyanın vestibülündəki ödəmə terminallarından istifadə edə biləcək.
Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələrini və sosial məsafəni gözləmələrini xahiş edirik. Tövsiyə edirik ki, "BakıKart"-ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar. Əvvəlcədən tədbirli davranış lüzumsz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yolxuma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.