COVİD-19-a görə testlərin aparılmasında səmərəlilik effekti olmalıdır- Komitə sədri
bir gün ərzində çox sayda edilən testlərin yalnız bir hissəsinin nəticəsi pozitiv olur:
11 Avqust 2020 11:06 SosialAzərbaycanda COVİD-19-a görə testlərin aparılmasında səmərəlilik effekti olmalıdır.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, bir gün ərzində çox sayda edilən testlərin yalnız bir hissəsinin nəticəsi pozitiv olur:
"Əgər bir gündə 7000 adam yoxlanılırsa, onun 200-150-də nəticə müsbət çıxırsa, demək 7000 adam tam məqsədyönlü şəkildə yoxlanılmayıb. Buna görə də fikir vermək lazımdır ki, büdcədən əlavə vəsaitlər lüzumsuz yerlərə xərclənməsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31