Uşaq ədəbiyyatında biabırçılıq: "Evli olduğunu bilsə də qazın..." - Fotolar
11 Avqust 2020 09:39 SosialTəəssüf ki, son zamanlar həm dərsliklərdə, həm də milli uşaq ədəbiyyatında oxuyucu kütləsinin yaşına, eyni zamanda, mental dəyərlərimizə uyğun olmayan ifadələrə, səhnələrə tez-tez rast gəlirik. Bu isə öz növbəsində xüsusilə, valideynləri olduqca narahat edir.
Bu dəfə sosial şəbəkə istifadəçilərinin tənqid hədəfinə çevrilən növbəti belə nümunə "Qaz ilə göyərçinin əhvalatı" adlı kitabdır. Kitab azyaşlılar üçün nəzərdə tutulsa da, mövzu və ideyası, yer alan sözlər onu uşaq ədəbiyyatımızın uğurlu nümunəsi kimi təqdim etməyə icazə vermir.
Qeyd olunan kitabın müəllifi Aygün Baldır. Yazıçı-şairənin bir çox digər nağıl və şeir kitabları da mövcuddur. Həmçinin, o, Yazıçılar Birliyinin üzvü kimi də fəaliyyət göstərib. (Mətbuat.az)





Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31