Googlee şirkəti cərimələnib
Rusiyada Moskvanın Taqanka rayon məhkəməsi “Google” LLC şirkətini axtarış sistemləri ilə bağlı qanunvericiliyi təkrar pozduğu üçün 20 min dollardan çox məbləğdə cərimələyib.
10 Avqust 2020 15:09 SosialRusiyada Moskvanın Taqanka rayon məhkəməsi "Google" LLC şirkətini axtarış sistemləri ilə bağlı qanunvericiliyi təkrar pozduğu üçün 20 min dollardan çox məbləğdə cərimələyib.
Olaylar.az-ın məlumatına görə, məhkəmənin qərarına əsasən "Google" axtarış sistemi Rusiya ərazisində fəaliyyəti məhdudlaşdırılmış saytlar barədə nəticələri qadağaya baxmayaraq istifadəçilərə təqdim edib.
Qeyd edək ki, 2018-ci ilin oktyabrında Rusiyada qüvvəyə minən qanuna əsasən axtarış sistemləri ölkə ərazisində qadağan olunmuş informasiyanı filtrləməli və axtarış nəticəsi olaraq təqdim etməməlidir. "Google" bu reyestrə qatılmaqdan imtina edib.