"Evdə müalicə alanlar 14 gün sonra avtomatik sağalmış sayılır” - Səhiyyə Nazirliyi

15 gündən sonra pozitivlərin hamısı sağalmış kimi qeydiyyata alınır”. 

Jurnalist Dünya Sakit koronavirusa yoluxmuş qardaşı oğlunun 15 gündən sonra təkrar test vermək istəyinə poliklinikadan "yox" cavabı verilməsindən narazılığını bildirib.

Olaylar.az xəbər verir ki, D.Sakit qeyd edib ki, qardaşı oğlu xəstəliyi simptomsuz evdə keçirib: "15 gündən sonra təkrar test olunmasını istədik. Yerli poliklinikadan dedilər ki, artıq ikinci test eləməyə icazə verilmir, 15 gündən sonra pozitivlərin hamısı sağalmış kimi qeydiyyata alınır". 

D.Sakit həmçinin qeyd edib ki, koronavirusa yoluxmuş həyat yoldaşının qan dəyərlərini yoxlatmaq istəyinə də "yox" cavabı verilib:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31