Toyların təşkili ilə bağlı- Rəsmi
Bu gün əsas problem toyların təşkilində çalışan işçilərin əmək haqqının verilməməsidir
8 Avqust 2020 13:47 SosialToyların bərpası ilə bağlı məsələ bu gün çox müzakirə olunur.
Bunu Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
"Bu gün əsas problem toyların təşkilində çalışan işçilərin əmək haqqının verilməməsidir. Əgər onlar vaxtında rəsmi işə alınsaydı, belə problemlər yaranmazdı. Əgər onlar qeydiyyatda olub, vergi ödəsəydi, belə hallar baş verməzdi. Təəssüf ki, bu gün onların belə tələb irəli sürmək imkanı yoxdur. Ümid edirəm ki, postpandemiya dövründə belə hallar aradan qaldırılacaq", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31