Prezidentin köməkçisi: "Nəvələrimiz bizdən 2020-ci ili soruşacaq və biz onlara tarixi danışacağıq"
8 Avqust 2020 13:05 Sosial"2020-ci il qeyri-adi ildir. Tək Azərbaycanın əhalisi deyil, bütün dünya əhalisinin həyatında qeyri-adi il olaraq qalacaq".
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, Yer kürəsi pandemiyanı sonuncu dəfə 1918-ci ildə görüb:
"Vaxt keçəcək, illər keçəcək ki, nəvələrimiz bizdən 2020-ci ili soruşacaq və onlara tarixi danışacağıq. Hər kəsdən səbirli olmağı, bir-birimizə kömək etməyi, virusa yoluxmanın sürətinin azalması üçün əlimizdən gələni etməyi xahiş edirəm. Şübhəm yoxdur ki, biz bu vəziyyətdən qalib çıxacağıq".
O qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu məsələləri daim diqqət mərkəzində saxlayır:
"Yeganə məsələ nə qədər itki verib, bu vəziyyətdən çıxmağımızdır. Ona görə, hər kəsi səfərbər olmağa çağırıram".