"Məqsədimiz insanları evdə saxlamaq deyil"
8 Avqust 2020 12:18 Sosialİnsanlar hələ də risk və təhlükələri dərk etmirlər. Hələ kafe və mağazalar açılmayıb, amma insanlar maskasız, məsafəsiz gəzirlər.
Bunu Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib: "Burada hökuməti günahlandırmaq düzgün deyil. Bizim məqsədimiz insanları evdə saxlamaq deyil. Təəssüf ki, insanlar küçələrə axın etdiyi halda, biz yenidən qapanmalara gedəcəyik. Gəlin mümkün qədər sıxlıqları azaldaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31