Karantin yenidən Sərtləşdiririlir?

Dünyanın heç bir yerində virus bitməyib

Karantin qaydalarına riayət edilməsə və yoluxmalar alovlansa, təəssüf ki, yenidən sərtləşdirməyə getməyə məcbur olacağıq.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov qeyd edib ki, dünyanın heç bir yerində virus bitməyib:

"Sosial şəbəkələrdə yazırlar ki, "filan ölkədə karantin yoxdur, insanlar maska da taxmır və s.". Mən demək istəyirəm ki, bunlar kökündən yanlış fikirlərdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31