SON DƏQİQƏ: Yas mərasimləri ilə bağlı yeni qayda müəyyənləşdi
8 Avqust 2020 00:22 SosialSərt karantin rejiminin tətbiq edildiyi rayon və şəhərlərdə yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər üçün yeni qaydalar müəyyənləşib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində əksini tapıb.
Yeni qaydalara əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.Correct.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31