TƏBİB: Xəsarət alan 7 nəfərdən birinin vəziyyəti ağırdır - Zavodda yanğın
7 Avqust 2020 14:48 Sosial"Sumqayıt Etilen-polietilen Zavodunda baş verən yanğında yeddi nəfər xəsarət alıb, onlardan birinə ambulator yardım göstərilib və evə buraxlıb".
Bunu TƏBİB-in Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib.
Onun sözlərinə görə, digər altı nəfər Bakıya, yanıq mərkəzinə göndərilib: "Onlardan birinin vəziyyəti ağırdır".
Qeyd edək ki, bu gün SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib. //APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31