Komitə sədri iş yerlərinin açılmasını təklif etdi

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin avqustun 6-da keçirilən iclasında  dövlətimizin sahibkarlığa göstərdiyi dəstək barədə  danışıb. "Olaylar"ın məlumatına görə, millət vəkili bildirib ki, bu sahədə 10 minlərlə insan çalışır və ölkə iqtisadiyyatının gücü sahibkarlığın inkişafı ilə ölçülür: "İnsanlarımız karantin qaydalarının onları qoruduğunu bilirlər. Lakin bəzi təkliflər səsləndirirlər ki, Operativ Qərargah bəzi sahələrdə yumşaldılmanın aparılmasını həyata keçirsinlər. Mollardan başqa ticarət obyektləri var ki, gündəlik müştəri sıxlığı az olur. Mebel, qızıl və geyim dükanlarından başlayaraq mollardan başqa bütün ticarət mərkəzlərinin açılmasını həyata keçirmək vacib və müsbət olardı. Yoluxma riski qapalı məkanlardakı qədər böyük olmayan, açıq havada yerləşən restoranlar, kafelər var ki, orada karantin qaydalarına əməl etməklə fəaliyyəti bərpa etmək olar. Bu iş yerlərinin açılması sahibkarlığın inkişafı üçün müsbət olar. Dövlətimiz hər zaman əhalinin sağlamlığını iqtisadiyyatdan üstün tutur. Hər birimiz bu fikri dəstəkləyirik. Amma bu məsələlərə də baxılması, risklərin dəyərləndirilməsi yaxşı olardı. Çünki insanlarımız arasında belə müraciətlərin sayı getdikcə artır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31