Milli Məclis 6 sənədi II oxunuşda qəbul etdi
6 Avqust 2020 14:50 SosialAvqustun 6-da Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclası keçirilib. "Olaylar"ın məlumatına görə, iclasda 6 qanun layihəsi müzakirəyə çıxarılaraq II oxunuşda qəbul edilib. Bunlar aşağıdakılardı: "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;
"Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;
"İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;
"Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;
"İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
Sabah - avqustun 7-də sadalanan sənədlər növbədənkənar sessiyanın sonuncu iclasında III oxunuşa çıxarılacaq.