AHİK sədri: “Məcburi köçkünlər sanatoriyaları yerli-dibli söküb aparırlar”
AHİK sədri: “Məcburi köçkünlər sanatoriyaları yerli-dibli söküb aparırlar”
6 Avqust 2020 14:34 Sosial"Məcburi köçkünlər sanatoriyaları yerli-dibli söküb aparırlar". "Olaylar"ın xəbərinə görə, bunu Milli Məclisin növbədənkənar iclasında millət vəkili, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib. AHİK sədri bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sanatoriyalarında, istirahət mərkəzlərində uzun illərdir, qaçqın və məcburi köçkünlər yaşayır: "Onlar gedəndə də oranı yerli-dibli söküb aparırlar. Pəncərələri, döşəmələri sökürlər. Dövlət tərəfindən AHİK-ə bir manat vəsait ayrılmır. Mən Maliyyə Nazirliyinə təklif göndərdim ki, uzun illərdir, bu şəxslər AHİK-in sanatoriyalarında yaşayıblar, bizə niyə vəsait ayrılmır? Biz vəsait tələb edəndə deyirlər ki, qeyri-dövlət təşkilatısan. Yaxşı, biz qeyri-dövlət təşkilatıyıq, bizə güzəştli kreditlər verilsin ki, sanatoriyaları bərpa edək. Hesab edirəm ki, bu məsələyə baxılmalıdır". S. Möhbalıyev, həmçinin, Naxçıvana dövlət büdcəsindən ayrılan vəsaitin az olduğunu da xatırladıb: "1,3 milyon manat vəsait ayrılıb, ayrılmasa, ondan yaxşı idi".