Deputat: “Azərbaycanda da bir çox sahələrin işinə icazə verilməlidir”

"Türkiyədə bütün müəssisələr işləyir, amma dövlət ciddi nəzarət edir. Karantin rejimini pozanlara qarşı tədbirlər görülür. Azərbaycanda da bir çox sahələrin fəaliyyətinə icazə verilməlidir". "Olaylar" xəbər verir ki, bunu parlamentin iclasında deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, hökumət Azərbaycanda yaranan su qıtlığının aradan qaldırılması üçün addımlar atmalıdır. V.Əhmədov bildirib ki, büdcə sənədində manatın taleyinə də aydınlıq gətirilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31