Komitə sədrindən təhsil haqqı açıqlaması

"Dövlət büdcəsində xərclərin artırılması böhrandan çıxmaq üçün potensial imkanlar formalaşdırır"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. T.Mirkişili deputatlar Erkin Qədirli və Bəxtiyar Əliyevin təhsil haqlarının azaldılması barədə təkliflərinə də münasibət bildirib. O qeyd edib ki, Nazirlər Kabinetinin təhsil haqqının ödənilməsində güzəşt edilməsi barədə qərarı var: "Hesablamamıza görə, 15 min 200 nəfər bu dəstəkdən yararlanır. Bunun üçün isə 40 milyon manat vəsait yönəldilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31