Siyavuş Novruzov: “Korrupsiyaya qarşı ciddi mübarizə gedir”
5 Avqust 2020 15:34 Sosial"Parlament bilavasitə korrupsiya komissiyasında iştirak edir. Ümumi fikir söyləməyə ehtiyac yoxdur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin avqustun 5-də keçirilən iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov həmkarı Razi Nurullayevin səsləndirdiyi ittihamlara cavabında deyib. Deputat bildirib ki, kim korrupsiya ilə məşğuldursa, adı deyilsin: "Üçüncüsü korrupsiyaya qaşı ciddi mübarizə gedir. Elə Razi Nurullayevin seçildiyi rayonun icra başçısı korrupsiya üstündə tutuldu. Azərbaycanda bu məsələ ilə bağlı ciddi işlər görülür".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31