Komitə sədri: “Təhsilin səmərəli təşkili üçün yollar araşdırılmalıdır”
5 Avqust 2020 14:04 Sosial"İnsanlar iqtisadi fəallığa cəlb edilməlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin avqustun 5-də keçirilən növbədənkənar iclasında çıxış edən parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.Komitə sədri bildirib ki, digər tərəfdən bu gün yeni iş yerlərinin açılması və insanlarının işlə təmin edilməsi, onların sosial yardımla təmin olunması məsələsi yenidən nəzərdən keçirilməlidir: "Bu istiqamətdə müvafiq qurumlar öz fəaliyyətində dönüş yaratmalıdır. Eyni zamanda, gələcəkdə təhsilin bu şəraitdə səmərəli təşkili üçün yollar araşdırılmalı, TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə müvafiq qaydalar hazırlamalıdır. Bu, çox vacibdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31