Siyavuş Novruzov: “Biz bu gün dövlətin yanında olmalıyıq”

"Milli Şura bildirib ki, karantin rejiminin uzanması onlara sərf edir. Onlar insanların taleyini düşünmür. Yalnız düşünürlər ki, insanlar narazı olsa, onların tərəfinə keçəcək". "Olaylar"ın xəbərinə görə, bunu Milli Məclisin növbədənkənar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputat bildirib ki, pandemiyanın nə qədər çəkəcəyini heç kim bilmir: "Müəyyən məsələlərə toxunanda biz reallıqdan çıxış etməliyik. Biz bu gün dövlətin yanında olmalıyıq. Çünki karantin rejimi böyük dövlətləri çökdürüb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31