Kamran Əliyev mərhum generalın oğluna yüksək vəzifə verib

Baş prokuror Kamran Əliyev bu ilin avqust ayının 2-də Türkiyədə dünyasını dəyişən Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenat Firudin Nəbiyevin oğluna vəzifə verib. Mərhum general-leytenat Firudin Nəbiyevin oğlu Orxan Nəbiyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı vəzifəsinə təyin olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31