Əhalinin istirahətini təmin etmək üçün 120 çimərlikdə 1000 nəfər ASAN Könüllü Gənclərimiz fasiləsiz çalışıb - Zülfiyyə Nuriyeva

"2020-ci il dünyanın, bütün anlamda böyük bir sınaqdan keçdiyi il olaraq davam edir. COVİD-19 virusu bütün dünyanı lərzəyə gətirdi. Dünya ölkələri müxtəlif tədbirlərlə insan tələfatının qarşısını almağa çalışdılar və proses hələ də davam edir. Azərbaycandanda yan keçməyən bu virusla mübarizədə tədbirlər həyata keçirilir və dövlətimiz üçün ən başlıca vəzifə az itki ilə yoluxmanın və tələfatın qarşısını almaqdır."

Bu fikirləri Olaylar.az-a açıqlamasında Tərtər rayonu sosial, iqtisadi və kənd təsərrüfatının inkişafına dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva qeyd edib.

Zülfiyyə Nuriyeva bildirir ki, virusun ölkəmizə daxil olduğu gündən tədbiq edilən karantin rejimi qaydaları mükəmməl effekt verdi: "Yalnız effektiv olan tədbirlərin nəticəsinə kölgə salmağa çalışmasaq daha yaxşı olar. Çünki dövlətin bütün atdığı addımlar vətəndaşı qorumaq, virusun yayılmasının qarşısını almaq, normal həyatımıza daha tez dönmək üçündür. Bu günə qədər çimərlik deyənlər, bu gün çimərliyə icazələrin verilməsini bəyənmir. Əhalinin istirahətini təmin etmək üçün 120 çimərlikdə 1000 nəfər ASAN Könüllü Gənclərimiz fasiləsiz çalışıb. İlk öncə mən öz adımdan Əziz Könüllülərimizə zəhmətlərindən dolayı təşəkkür edirəm. Onların əziyyətinə diqqət etmək bizim vətəndaş borcumuzdur. Çimərliklərdə sanitar qaydalar təmin olunu, könüllülərimiz bizlərin istirahəti üçün zəhmət çəkiblər. Mən onların əməyini alqışlayıram."

Sədr vurğulayır ki, çimərliklərdə hər il yaranan anti-sanitariyanın şahidiyik və istərdim bu qaydalara, bərpa olunan təmizliyə,  pondemiyadan sonrakı dövrdə də əməl olunsun: "Əhalidə tədbiq edilən qaydalar  daha hörmətlə yanaşma vərdişi formalaşdıracaqdır. Virusla mübarizədə tədbiq edilən qaydalar tədricən insan sağlamlığına zərər vurmadan, kütləvi olmadan,   yumşalmalarla davam edəcək ki, insanlar də normal həyatına geri dönə bilsin. Biz yalnız qaydalara əməl edərək doğmalarımızı və cəmiyyətimiz bu virusdan qoruya bilərik. Yalnız unuduruq ki, vətəndaşdan asılı olan bu məqamda daha  məsuliyyətli olmaq, tədbiq olunan qaydalara ciddi şəkildə əməl etmək  çox vacibdir. Qaydaları tənqid etmək və boş müzakirələrdənsə, çimərlikdə istirahət edərək, dəniz suyunun burun, boğaz yollarına olan faydasını düşünək. Duzlu suyun faydaları hamımıza bəllidir və immun sisteminin güclənməsi üçün hələ gec deyil."

Zülfiyyə Nuriyeva bildirir ki, verilən və tədbiq edilən qaydalarda ilk növbədə vətəndaş amili dayanır, biz də öz növbəmizdə qaydalara əməl edərək həyatımıza davam etməliyik. Avqust ayını səliqəli, sanitar-epidimioloji təmiz, çimərliklərdə günəş vannası qəbul edib, sağlıqlı olmağı arzu edirəm və virusla mübarizədə qaydaların aliliyini, bizə gərəkli olduğunu dərk edərək istirahət etməyi diləyirəm."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31