Vətəndaşın sağlamlıq məsələsi dövlətin diqqətindədir - Yunus Oğuz

Ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirdi. Brifinqdə koronavirus pandemiyası ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xəstəliyin  yayılma dinamikası, karantinin yumşaldılması ilə bağlı vacib məsələlər müzakirə olundu.

"Olaylar" İnformasiya Agentliyinin baş redaktoru, yazıçı-publisist Yunus Oğuz Olaylar.az-a Operativ Qərargahın brifinqini şərh edərkən bildirib ki, dünənki qərarlar bir daha gələcəkdə pandemiyanın yumşaldılması istiqamətində görüləcək işləri müəyyənləşdirir:

"Bu yumşalma ilə bağlı görüləcək işlər nədir? Sms icazəsi götürüldü. Hazırda insanların yoxlama prosesi gedir. Yəni, bizlərin sosial məsafəyə, tibbi maskadan  istifadəyə necə  əməl   edəcəyimiz yoxlanılacaq. Qeyd olunan qaydalara əməl olunsa, biz bunu gündəlik açıqlanan statistik göstəricilərdə görəcəyik. Əgər sərt karantin rejimindəki kimi qeyd olunan qaydalara əməl etsək, böyük ehtimal iki həftədən sonra yenidən yumşalama olacaq və kafe,  restoranların fəaliyyəti bərpa olunacaq."

Yunus Oğuz qeyd edib ki, burada əsas məsələ insan, vətəndaş problemidir: "Vətəndaşın sağlamlıq məsələsi dövlətin diqqətindədir. Bütün dünyada vətəndaşa insan kimi baxıb -baxmadıqlarını deyə bilmərəm, amma bizim dövləti insan, vətəndaş amili, onun problemi daha çox narahat edir. İcazəsiz zamanda qoyulan qaydalara əməl olunacaqsa, elan olunan şəhərlərdə, rayonlarda qeyd edilən məsələlərə riayət ediləcəksə, hər kəs öz üzərinə düşdüyü sosial məsuliyyəti dərk edib, əməl edəcəksə, düşünürəm ki, iki həftədən sonra növbəti yumşalma mərhələsinə keçid olacaq. Bu dəfə iri ticarət mərkəzlərinin, kafe və restoranların fəaliyyəti bərpa oluna bilər. Atılan bütün bu addımları doğru hesab edirəm. Sərt karantin rejimindən pilləli şəkildə çıxmalı, qeyd olunan qaydalara hər birimiz ciddi əməl etməliyik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31