Mina qurbanları özünüməşğulluq və kiçik biznes proqramlarına cəlb olunacaq

Mina qurbanları özünüməşğulluq və kiçik biznes proqramlarına cəlb olunacaq

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Regionlarda yaşayan mina qurbanlarının və digər müharibə əlillərinin özünüməşğulluq və kiçik biznes proqramlarına cəlb olunması" adlı layihənin icrasına başlayır.  "OLAYLAR"-a İctimai Birlikdən daxil olan məlumata görə, layihənin məqsədi mina qurbanı olmuş şəxsləri və digər müharibə əlillərini kiçik biznes sahəsinə cəlb edərək onların  sosial problemlərinin həll olunmasına, cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinə və onların ailə üzvləri ilə birlikdə ləyaqətlə yaşamasına nail olmaqdan ibarətdir.

Qrant layihəsi Füzuli və Tovuz rayonlarında həyata keçiriləcək. Bu rayonlarda yaşayan mina qurbanlarından və digər müharibə əlillərinindən seçiləcək şəxslərə bal istehsalı və arıçılıq kiçik biznesilə məşğul olmaları üçün onların özlərinin iştirakı ilə mal, material və ləvazimatlar alınaraq təhvil veriləcəkdir. Bundan sonra layihənin benefisiarlarının fəaliyyəti monitorinq altında olacaqdır. Layihənin icra müddəti 3 aydır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31