Polis reydləri davam etdirir
Polis reydləri davam etdirir
4 Avqust 2020 13:21 SosialKoronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarda, ictimai nəqliyyatda, qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir. Bakı Şəhər Baş Polis İdarəsindən "Olaylar"a verilən məlumata görə, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən tədbirlərdə yaşayış yerini icazəsiz tərk edən, sosial məsafəni gözləməyən, 5 nəfərdən artıq qrup halında toplaşan, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır, mövcud sanitar-gigiyenik tələblər izah olunur. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.