6 ayda 273 nəfər İİV-ə yoluxub
6 ayda 273 nəfər İİV-ə yoluxub
4 Avqust 2020 13:18 SosialAzərbaycan vətəndaşları arasında 2020-ci ilin 6 ayı ərzində İnsanın İmmunçatışmazlığı Virusuna(İİV) yoluxma hallarının 15,8%-i, ümumilikdə isə 1992-ci ildən 1 iyul 2020-ci il tarixədək yoluxma hallarının 40,3%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. "Olaylar" xəbər verir ki, ölkədə İİV-ə narkomanların yeni yoluxma sayında azalma müşahidə olunur. 2020-ci ilin 6 ayında aşkarlanmış 273 nəfər İİV-ə yoluxmuş Azərbaycan vətəndaşının 43 nəfəri inyeksion narkotik istifadəçisi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31