Hikmət Hacıyev: "Virus hələ də bizimlədir və ehtiyatlı davranmalıyıq"
3 Avqust 2020 17:22 SosialÖlkə üzrə sanitar epidemioloji vəziyyət nəzarətdə saxlanılır və müsbət göstəricilər müşahidə olunur.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.
Qey edib ki, əldə etdiyimiz bu nəticələr 21 iyun tarixində sərtləşdirilmiş karantin rejiminin tətbiq olunması və vətəndaşlarımızın məsuliyyətinin göstəricisidir: "Lakin bu, bizi rahatlatmamalıdır. Dünya təcrübəsi də göstərir ki, virus hələ də bizimlədir və ehtiyatlı davranmalıyıq. Ölkəmizdə müşahidə olunan dinamikanın saxlanılması üçün birgə səylərimizin davam etdirilməsi vacibdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31