Xoşqədəm Hidayətqızı: "Həmin insanı həyatımdan silirəm"
3 Avqust 2020 15:37 SosialAparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Xoşqədəm Hidayətqızının İnstaqramda yazdığı sözlər maraüla qarşılanıb.
"Tərziniz, hədəfiniz, prinsipləriniz, qısası hər şey özünüzə xas olsun. Sizi sizdən soruşsunlar. Həyatda ən nifrət etdiyim "kopyacı"lardı, onları "vampir"ə bənzədirəm. Sənə aid olan hər şeyi çəkmək, sümürmək istəyən "vampir".
Bəlkə çox şişirdirəm, bilmirəm. Amma uğrunda ölümü belə gözə aldığım, can dostum dediyim, dırnağını belə kimsəyə dəyişmədiyim insanda belə bu xəstəliyi gördüyüm an həmin insanı ürəyim qan ağlayaraq istəməyərək həyatımdan silirəm. Təbii ki, çətindir. Amma o "kopya"nın zamanında nə olduğunu gördüyüm və tramva olduğu üçün o şəxs vazkeçilməzim olsa belə qaçıram", - deyə o qeyd edib.
teleqraf.com