Şəkər xəstələri damarları qorumaq, xolesterini normada saxlamaq üçün nə etməlidir?
2 Avqust 2020 07:53 SosialŞəkərli diabet xəstələrində damar problemlərinə daha çox rast gəlinir. Damarlarda ağırlaşmalar yaranmaması üçün xolesterini daimi normada saxlamaq vacib sayılır.
e-tibb.az xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi şəkərli diabeti olan insanlar üçün iri damarlarda ağırlaşmalara qarşı görülməli olan profilaktik tədbirləri açıqlayıb. Mütəxəssislər hesab edir ki, xolesterini normada saxlamaq üçün aşağıdakıları məhdudlaşdırmaq vacibdir:
Heyvan mənşəli yağlar, kərə yağı, piy
Yağlı ət, kolbasa məhsulları
Toyuq ətinin dərisi
Kəsilmiş hevanın içalatı, başı və ayaqları
Yağlı xəmir, yağlı süd məhsulları
Duza qoyulmuş şorabalar
Hisə verilmiş ət məhsulları
Konservlər, bulyon kubikləri, çipslər
Hazır souslar, duzlu balıq
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31