Siyəzəndəki yanğının söndürülməsində 1500 nəfər iştirak edib — AÇIQLAMA
31 İyul 2020 21:39 SosialSiyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğının söndürülməsində 1500 canlı qüvvə iştirak edib.
Bu barədə Siyəzən Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, bura həm Sədan, həm də digər kənd sakinləri, həmçinin Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri daxildir. ("Qafqazinfo")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31