"Bu gün yoluxmaların sayı stabildir" - Yaqut Qarayeva

Virusun özünü necə aparacağı, bununla bağlı proqnozların verilməsi çox çətindir. Biz ümidlə yanaşırdıq ki, orduya dəstək yürüşündən sonra koronavirusa yoluxanların sayında artım baş verməyəcək.

Bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva ÜST-nin missiyasının yekunlarına dair keçirilən virtual mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün yoluxmaların sayı stabildir.

"Stabil olmağa da davam edəcək. Buna uyğun hansı qərarların veriləcəyi isə artıq gələcəkdə müzakirə olunacaq məsələdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31