TƏBİB: Ölkədə tibbi kadr çatışmazlığı yoxdur
31 İyul 2020 16:39 SosialHazırda Azərbaycanda tibb heyəti ilə bağlı kadr çatışmazlığı yoxdur. Xaricdən həkimlərin gətirilməsi təcrübə mübadiləsi ilə əlaqədardır.
Bunu TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva ÜST-nin missiyasının yekunlarına dair keçirilən virtual mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bütün dünyada belə praktika var.
"Koronavirus xəstəliyi yeni olduğu üçün ölkələr içərisində fərqli müalicə yanaşmaları var. Ölkəmizə xaricdən gələn həkimlərlə bərabər iş başında praktikanın bölünməsinə, öyrənilməsinə çalışılır. Virusun özünü necə aparacağını və hansı ölkədə necə olacağını demək mümkün deyil. Biz hazırlıqlı olmağa çalışırıq. Lazım olarsa, daha çox həkim cəlb etməyə çalışacağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31