Sərnişindaşımada 80 faizədək azalma müşahidə edilib
Sərnişindaşımada 80 faizədək azalma müşahidə edilib
30 İyul 2020 15:20 SosialStatistik məlumatlara əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tənzimləmə dairəsi çərçivəsində normal rejimdə gün ərzində daşınan sərnişinlərin sayı təxminən 2 milyon 56 min nəfər təşkil edirdi. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən "OLAYLAR"-a bildirilib ki, koronovirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə cari ilin 3 mart tarixində tətbiq olunan təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması ilə bağlı məhdudiyyətdən sonra 4 mart tarixində avtobusla şəhərdaxili, rayondaxili və şəhərlərarası, rayonlararası sərnişin daşımalarında artıq orta hesabla təxminən 21%-lik azalma müşahidə olunaraq gün ərzində daşınan sərnişinlərin ümumi sayı təxminən 1 milyon 624 min nəfər təşkil edib.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 23-də qəbul edilmiş qərar əsasında Azərbaycan Respublikasında 24 mart tarixindən etibarən 20 aprel tarixinədək xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında daşımalar istisna olmaqla ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti tam dayandırıldığından və əhalinin "icazə" tətbiq edilməklə hərəkəti məhdudlaşdırıldığından aprel ayı ərzində sərnişin daşımalarında stabil azalma olmuş və normal rejim ilə müqayisədə sərnişin daşımalarında təxminən 80 %-dək azalma müşahidə edildi.