Saxta icazə sənədi verən 22 işəgötürən aşkar edilib
Saxta icazə sənədi verən 22 işəgötürən aşkar edilib
30 İyul 2020 15:04 SosialXüsusi karantin dövründə həyata keçirilən nəzarət zamanı 22 işəgötürən tərəfindən "Əmək müqaviləsi bildirişi" altsisteminə daxil edilən əmək müqavilələri reallığa uyğun olmayan müqavilələr kimi diqqəti cəlb edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olaylar"a verilən məlumata görə, həmin müqavilələrin xüsusi karantin dövründə ayrı-ayrı şəxslərin evdən çıxaraq sərbəst hərəkət etmələri üçün müvafiq icazəni əldə etmələrinə şərait yaratmaq məqsədilə bağlanılaraq bu barədə bildirişlərin e-sistemə daxil edildiyinə dair əsaslı şübhələr yaranıb.
Qeyd edilən işəgötürənlər barəsində toplanmış müvafiq məlumatlar araşdırılması və tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib. Eyni zamanda karantin dövründə əmək müqavilələrinə xitam vermiş 156 işəgötürənə xitam vermə halının əmək qanunvericiliyinə uyğun olub-olmamasının araşdırılması məqsədilə müvafiq sənədləri Xidmətə təqdim etmələri üçün məktublar göndərilib.