1000-ə yaxın ədliyyə işçisi və hakim təlimlərə cəlb olunub

2020-ci ildə Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi üzrə tədbirlər həyata keçirilib. "Olaylar" xəbər verir ki,  Azərbaycan Hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında müvafiq saxlama yerlərinə, o cümlədən penitensiar müəssisələrə maneəsiz baş çəkməyə imkan verən Sazişin müddətinin uzadılmasına dair Protokolun, habelə ölkəmizin tərəfdar çıxdığı BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasının UNİCEF-in hazırladığı yuvenal ədliyyə sahəsindəki öhdəlikləri ehtiva edən "Öhdəlik Bəyannaməsi"nin imzalanıb. Eyni zamanda, nazirlik tərəfindən mülki və cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya ilə bağlı 8 minə yaxın sorğunun icrası təmin olunub. Dövlət başçısı tərəfindən elan olunmuş 2020-ci il "Könüllülər ili çərçivəsində bu institutun təşviqi genişləndirilərək 1.000-dək gənc ədliyyə orqanlarında və məhkəmələrdə könüllü fəaliyyətə cəlb edilib, ədliyyə sahəsində fəaliyyət göstərən könüllülərin təşəbbüsü ilə "Ədliyyə Könüllüləri" İctimai Birliyi təsis olunaraq səmərəli fəaliyyət göstərib. Cari ilin birinci yarımilində Ədliyyə Akademiyasında, həmçinin karantin rejimi dövründə distant tədrisə üstünlük verilərək 1000-ə yaxın ədliyyə işçisi, hakim və digər hüquqşünaslar müxtəlif təlimlərə cəlb olunub, habelə 170-dən çox aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31