Bu il 1.750 şəxsə elektron qolbaq tətbiq edilib

Bu il 1.750 şəxsə elektron qolbaq tətbiq edilib

Cari ildə azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi genişlənib. Bu barədə Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, azadlığın məhdudlaşdırılması və digər cəzalara məhkum olunmuş 1.750 şəxsə elektron qolbaq tətbiq edilib. Nazirlik tərəfindən ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 241 iş üzrə ibtidai istintaq tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş 1,13 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib. Bundan əlavə, ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin davam etdirildiyi bildirilib, cari ildə Məhkəmə Ekspertizası Mərkəzində 41 ekspert ixtisası üzrə 15.000-dən çox işə baxıldığı, ekspertlər tərəfindən 374.000-dən artıq suala cavab verməklə qaldırılmış məsələlərin 99,7%-nin həll edildiyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31