307 min icra sənədinin icrası təmin edilib

Cari ildə Ədliyyə Nazirliyi tərəfindən  ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin davam etdirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki,  bu ilin altı ayında 307 min icra sənədinin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 376 milyon manatdan çox vəsait ödətdirilib. Bu sahədə işin səmərəliliyinin artırılması üçün alternativ icra mexanizmlərinin tətbiqi vacib sayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31