Cari ildə nazirlik tərəfindən 1.210 normativ hüquqi akt layihəsi hazırlanıb
30 İyul 2020 14:14 SosialCari ildə ədliyyə işinin müasirləşdirilməsi, xüsusi karantin rejimində fəaliyyətin təşkili məqsədilə zəruri profilaktik işlər aparılıb, müvafiq normativ sənədlər qəbul edilərək icrası təmin olunub. Nazirlikdən "Olaylar"a daxil olan məlumata görə, bu dövrdə qanunvericilik sahəsində nazirlik tərəfindən 1.210 normativ hüquqi akt layihəsi hazırlanıb, 1.160-dək akt hüquqi ekspertizadan keçirilib. Əhali üçün daim açıq olan və mütəmadi yenilənən milli qanunvericiliyin elektron bazalarına (www.e-qanun.az və www.huquqiakt¬lar.gov.az) 2 minə yaxın sənəd daxil edilib və həmin elektron resurslara 1,34 milyondan çox baş çəkilib. Əhalinin hüquqi maarifləndirilməsi, xüsusilə pandemiya şəraitində ədliyyəyə əlçatanlığın təmin olunması ilə bağlı insanların məlumatlandırılması genişləndirilib, nazirliyin internet saytının və sosial şəbəkə səhifələrinin imkanları və interaktivliyi artırılıb, mətbuat konfransı, ictimai təqdimatlar keçirilib.