Bakı Dövlət Universitetində bu il səkkiz yeni ixtisas açılıb
30 İyul 2020 14:15 SosialOlaylar.az bildirir ki, Bakı Dövlət Universitetində (BDU) tədrisin yenilənməsi və müasir standartlara uyğun qurulması, dövrün tələblərinə uyğun kadrların hazırlanması istiqamətində aparılan fəaliyyətin tərkib hissəsi olaraq, 2020/2021-ci tədris ili üçün bakalavr və magistarura səviyyələri üzrə yeni ixtisas və ixtisaslaşmalar açılıb.
Bakalavr pilləsində:
Biotexnologiya;
Su bioehtiyatları və akvakultura;
Turizm işinin təşkili;
Geomatika və geodeziya mühəndisliyi;
Yerquruluşu və daşınmaz əmlakın kadastrı;
Kitabxanaçılıq və informasiya fəaliyyəti;
Beynəlxalq ticarət və logistika ixtisasları.
Magistratura pilləsində:
Ölkəşünaslıq (Rusiya üzrə) ixtisaslaşması
Yeni ixtisasların yaradılması həm də əmək bazarında bu ixtisaslara olan tələbatın ödənilməsi zərurətindən yaranıb.