Pandemiya dövründə 983 nəfər vaxtından əvvəl azadlığa buraxılıb
30 İyul 2020 13:41 SosialDövlət başçısının humanist siyasətinin təzahürü olaraq imzaladığı 06.04.2020-ci il tarixli Sərəncamla virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 məhkum əfv edilib. "Olaylar" xəbər verir ki, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yenicə qəbul edilərək icrasına başlanılmış qanunvericiliyin tətbiqi ilə artıq 130 məhkum cəzadan azad olunub. Həmçinin Ədliyyə Nazirliyi tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun davamlı olaraq intensiv tətbiqi və bu məsələdə müasir informasiya texnologiyalarının istifadəsi nəticəsində cari ildə 1.250 nəfər, o cümlədən pandemiya dövründə 983 nəfər vaxtından əvvəl azadlığa buraxılıb. Eyni zamanda penitensiar xidmətin fəaliyyətinin, məhkumların islah-tərbiyə işinin təkmilləşdirilməsi, ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı tədbirlərin davam etdirilib, Ədliyyə naziri yanında İctimai Komitənin imkanlarından istifadə olunmaqla məhkumlara müxtəlif hüquqi yardım göstərilib.