Baş bankir əmanətçilərə müraciət etdi

Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bağlanan bankların əmanətçilərinə müraciət edib. "Olaylar"ın məlumatına görə, E.Rüstəmov qeyd edib ki, yaxın günlərdə əhalinin öz əmanətlərinə çıxış imkanları olacaq: "Artıq proses son mərhələdədir. Mən xhaiş edirəm ki, insanlar bir qədər də təmkinli olsunlar". Baş bankir qeyd edib ki, təxminən 1300 nəfər əmanətçinin 62 milyon manatı qalıb. Bu kimi halların bir daha yaşanmaması üçün Cinayət Məcəlləsinə dəyişikliklə bağlı təklif irəli sürüləcək.

E.Rüstəmov həmçinin əlavə edib ki, bu ilin sonuna qədər Azərbaycanda illik inflyasiya 3-3,5% intervalında olacaq: "İnflyasiya ilin əvvəlindən müəyyənləşdirilən proqnozlara uyğundur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31