Mərkəzi Bank uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini 0,25 faiz azaldılaraq 7%-dən 6,75%-ə endirilməsi barədə qərar qəbul edib. "Olaylar"ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 7,25%, aşağı həddi isə 6,25% müəyyən olunub.

Elman Rüstəmov bildirib ki, "Qorunan əmanətlərin tam sığortalanması haqqında" Qanunun qüvvədə olma müddəti ilin sonundaək uzadılıb. Hazırda bu qanun qüvvədədir. Qanuna hansısa dəyişiklik edilməsi nəzərdə tutulmayıb: "İlin sonunda situasiyadan asılı olaraq müddətin uzadılıb-uzadılmaması ilə bağlı qərar qəbul olunacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31