Əcnəbi gənclər Azərbaycanın ərazi bütövlüyünə dəstək həmrəyliyi nümayiş etdirdilər

12 iyul 2020-ci il tarixdə Ermənistan hərbi birləşmələrinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində tərətdiyi təxribata etiraz əlaməti olaraq, Gənclər və İdman Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən xarici ölkələrin gəncləri arasında gerçəkləşdirilən "Mən Azərbaycan haqqında nə bilirəm?" mövzusunda esse yazı müsabiqəsinin  qalibləri "Qarabağ Azərbaycandır!" deyərək ölkəmizə  öz dəstəklərini ifadə ediblər. Nazirliyin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, 2011-ci ildən başlayaraq keçirilən müsabiqələrin əsas məqsədi Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycanın milli-mədəni və tarixi irsini xarici ölkələrin gəncləri arasında təbliğ etmək, xarici ölkələrin gənc alim və tədqiqaçtıların Azərbaycanı yaxından öyrənərək,  elmi-tədqiqat fəaliyyətlərini müəyyən etmək, xarici ölkələrin gəncləri arasında Azərbaycan haqqında məlumatları artırmaqdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31