Yük avtomobilində dərman preparatları aşkarlandı

Yük avtomobilində dərman preparatları aşkarlandı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları qanunsuz yolla dərman preparatlarının ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. Dövlət Gömrük KOmitəsindən "Olaylar"a verilən məlumata görə, Baş İdarənin Biləsuvar gömrük postunda İran İslam Respublikasından gələn həmin ölkə vətəndaşının idarə etdiyi "Dong Feng" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.Sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində, üzərində və şəxsi əşyaların arasında gömrük nəzarətindən gizlədilən və qanunla qadağan olunan hər hansı predmetin olmadığını bildirib.Baxış zamanı yük avtomobilinin kabinində-yataq yerində və sürücüyə məxsus idman çantasında müxtəlif adda 30 ədəd maz, 2030 ədəd həb və 44 ampula dərman preparatları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31