Günay Səlimzadə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri təyin olunub
Günay Səlimzadə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri təyin olunub
28 İyul 2020 12:44 SosialBaş Prokurorluğun Mətbuat Xidmətinin yeni rəhbərinin təyinatı təsdiqlənib. Məlumata görə, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Günay Səlimzadə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri təyin edilib.
Qeyd edək ki, ötən ay Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri işləmiş Eldar Sultanov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinə təyin edilib, Günay Səlimzadəyə isə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası həvalə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31