Ədliyyə naziri vətəndaşların videoqəbulunu keçirib

Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən müxtəlif bölgələrdə yaşayan vətəndaşların videoqəbulu keçirilib.

Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən müxtəlif bölgələrdə yaşayan vətəndaşların videoqəbulu keçirilib.Bu barədə nazirliyin mətbuat xidmətindən "Olaylar"a məlumat verilən məlumatda bildirilib ki, Gəncə, Şəki və İmişli regional ədliyyə idarələri vasitəsilə qəbula yazılmış vətəndaşların videokonfrans formatında ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərə dair nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Bölgələrin sakinləri COVİD-19 qlobal pandemiyası şəraitində xalqımızın sağlamlığının və təhlükəsizliyinin qorunması ilə bağlı göstərilən qayğılı və həssas münasibətə görə respublika Prezidentinə və Birinci vitse-prezidentə təşəkkürlərini ifadə edib, bununla bağlı qəbulun videoformatda təşkilindən məmnunluqlarını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31